Jerar Depardye ilk dəfə danışdı: "Qardaş müharibəsinin əleyhinəyəm"

Jerar Depardye ilk dəfə danışdı: "Qardaş müharibəsinin əleyhinəyəm"

Jerar Depardye ilk dəfə danışdı: "Qardaş müharibəsinin əleyhinəyəm"

2013-cü ildə Rusiya vətəndaşlığını qəbul edən fransız aktyor Jerar Depardye Ukraynadakı hərbi əməliyyatlara olan münasibətini ilk dəfə şərh edib. O, tərəfləri sülh danışıqlarına başlamağa çağırıb.

Polemika.az xəbər verir ki, aktyor bu barədə “France-Presse” agentliyinə açıqlamasında bildirib.

"Rusiya və Ukrayna həmişə qardaş ölkələr olub. Bu qardaş müharibəsinin əleyhinəyəm. Müharibəni dayandırın və danışıqlar aparın" - deyə, Jerar bildirib.

Qeyd edək ki, aktyor Fransanın keçmiş prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarından 75 faiz vergi tətbiq etmək niyyətinə etiraz olaraq Rusiya vətəndaşlığı istəyib. O, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinlə qısa görüş zamanı pasportunu alıb.\Axşam.az

Jerar Depardye ilk dəfə danışdı: "Qardaş müharibəsinin əleyhinəyəm"