İsraildə COVID-in yeni ştammı aşkarlandı

İsraildə COVID-in yeni ştammı aşkarlandı

İsraildə COVID-in yeni ştammı aşkarlandı

Xaricdən İsrailə qayıdan iki sərnişində koronavirusun yeni variantı aşkarlanıb.

Polemika.az "Yediot Ahronot"a istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkəyə gələn sərnişinlər üzərində aparılan PCR testləri omicron variantı ilə onun BA.2 variantının kombinasiyası kimi görünən variant aşkarlayıb.

Sərnişinlərdə hərarət və baş ağrısı kimi xəstəliyin yüngül simptomlarının olduğu bildirilir. Onların heç birinin xüsusi tibbi yardıma ehtiyacı yoxdur.

İsraildə COVID-in yeni ştammı aşkarlandı