“Hərbi əsirlərlə bağlı məsələ artıq prioritet deyil”  

“Hərbi əsirlərlə bağlı məsələ artıq prioritet deyil”  

“Hərbi əsirlərlə bağlı məsələ artıq prioritet deyil”  

Politoloq Fəqani Məhərrəmlinin Polemika.az-a müsahibəsi:

- Fəqani bəy, Soçudə üçtərəfli görüşün sonunda qəbul olunan bəyanatda  “hərbi əsirlər”lə bağlı hər hansı tələb və şərtin öz əksini tapmamasını necə qiymətləndirirsiniz?

- Qarabağ məsələsi artıq göründüyü kimi deyil. Qarabağın statusu, hərbi əsirlərin qaytarılması gündəmdə yer almır. Hərbi əsirlər böyük ehtimalla sülh müqaviləsi bağlandıqdan sonra geri qaytarılacaq. 

Nikol Paşinyan görüşdə hərbi əsirlər məsələsini qaldırdı və Vladimr Putinin buna heç bir reaksiyası olmadı. Cənab İlham Əliyev isə indiyə qədər 100 erməni hərbi əsirinin Ermənistana qaytarıldığını bildirdi. Hərbi əsirlərlə bağlı məsələ artıq prioritet deyil. Azərbaycan erməni hərbi əsirləri beynəlxalq qanunlara uyğun mühakimə edəcək.

Dünənki üçtərəfli görüşdəndə göründüyü kimi əsas məsələ delimitasiya və demarkasiya proseslərinin həllidir. Yəni sərhədlər müəyyənləşdirilməli və dəqiqləşdirilməlidir. Hər iki dövlət bir-birinin sərhəddini tanımalı, transportlar, Zəngəzur kolidoru və digər nəqliyyat xətləri açılmalıdır.

- Rəsmi Bakı Azərbaycandakı hərbi əsirlərdən gələcəkdə Ermənistana qarşı təzyiq vasitəsi kimi istifadə edə bilərmi?

- Azərbaycanın xarici siyasətində humanizm prinsipləri əsas yer tutur. Bu səbəbdən hərbi əsirlərdən təzyiq vasitəsi kimi istifadə etməyib. Əgər təzyiq vasitəsi kimi istifadə etsə idi, bu günə qədər erməni əsirlərinin geri qaytarılması məsələsinə həssaslıqla yanaşmazdı. Mən düşünmürəm ki, Azərbaycan bundan sonrakı fəaliyyətində Ermənistana əsirlər vasitəsi ilə təzyiq göstərsin. Çünki Azərbaycanın əlində Ermənistanı sülhə məcbur etmək üçün kifayət qədər təsir metodları var.

- Onların hakim qarşısına çıxarılaraq Azərbaycan qanunvericiliyinə uyğun mühakimə olunması Ermənistanın ifşa prosesini sürətləndirə bilərmi?

- Bu proses mümkündür, hər bir məsələ beynəlxalq qanunlar, Azərbaycan qanunları ilə həyata keçiriləcək. Mehriban qonşuluq, sərhədlərin açılması, dinc yaşamaq prinsiplərini əsas götürərək əsirlərin mühakimə olunduqdan sonra Ermənistana qaytarılması baş tuta bilər.

Mehri QURBAN

 

“Hərbi əsirlərlə bağlı məsələ artıq prioritet deyil”