"Harris Baydenin siyasətini davam etdirsə, ermənilər daha da..." - Politoloq

Oct 24, 2024 - 12:11
 0
"Harris Baydenin siyasətini davam etdirsə, ermənilər daha da..." - Politoloq
"Harris Baydenin siyasətini davam etdirsə, ermənilər daha da..." - Politoloq

ABŞ-dəki prezident seçkilərinə cəmi 13 gün qalıb. İki namizəd - Donald Tramp və Kamala Harris prezidentlik uğrunda bir-biri ilə yarışır. Hal-hazırdakı statistikalara əsasən Harris daha irəlidədir.

Burda maraqlı olan nüanslar çoxdur. İki namizədin də öz liderlik strategiyaları var. Nəzərə alsaq ki, Trampın prezidentliyinə az da olsa, bələdik, Harrisin necə liderlik edəcəyi həm ABŞ-də, həm də dünyada maraq doğurur.

Bəs, hansı namizədin prezident olması ABŞ, ümumiyyətlə dünya üçün daha yararlı olar? Burada hansı faktorlar rol oynayır?

Məsələ ilə əlaqədar Ajans.az-a açıqlama verən politoloq Əziz Əlibəyli iki namizədin Azərbaycan siyasətinə təsirindən danışıb:

“Əslində 2024-cü il seçkiləri dünya üçün, elə Azərbaycan üçün də xüsusi əhəmiyyətə malikdir. Ona görə ki, iki əsas partiyanın Azərbaycana qarşı münasibətində fundamental fərqliliklər var. Birincisi odur ki, biz indi hakimiyyətdə olan demokratlar haqqında danışarkən dərhal görürük ki, onların Azərbaycana qarşı münasibəti 90-cı illərdən etibarən mənfi olub. Səbəbi isə, demokratlar partiyasında erməni şəbəkəsinin çox güclü olmasıdır. Onlar həm elitada, həm senatda, həm də nümayəndələr palatasında təmsil olunurlar. Təsadüfi də deyil ki, Azərbaycan əleyhinə qərarların çoxu həmin partiya tərəfindən qəbul edilir. Amma Respublikaçılarda bu məsələ fərqlidir. Azərbaycan nöqteyi-nəzərdən düşünsək, Trampın prezident olması ehtimalı daha vəd edici görünür".

Politoloq həmçinin onu da qeyd edib ki, Harris hakimiyyəti Bayden hakimiyyətinin davamı olacaqsa, anti-şərq düşüncəsi daha da artacaq:

"Bu da ermənilərin rolunu daha da gücləndirir. Kimin prezident olacağı məsələsinə gəldikdə isə, müxtəlif rəy sorğuları mövcuddur. Bu rəy sorğularında görünür ki, başabaş gedirlər. Başladıqda isə, Harris xeyli üstün idi. Aralarındakı fərq çox azdır. Hər halda Trampın ataklarını gözləmək lazımdır. Elə görünür ki, vəziyyəti minimallaşdırmaq və irəliyə keçmək şansı Trampda var. Amma seçkiyə təsir göstərəcək əsas qüvvə seçici qadın kütləsidir. Bu da onunla əlaqədardır ki, Amerika seçicilərində qadınların payı kişilərdən çoxdur. İkinci tərəf odur ki, həmin qadınların əksəriyyəti feminist düşüncədədir. Onların Trampa qarşı aqressiya və nifrət hiss edir".

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow