Hafiz Hacıyevin vəziyyəti ağırlaşdı: "Bədənim deşik-deşikdir"
Hafiz Hacıyevin vəziyyəti ağırlaşdı: "Bədənim deşik-deşikdir"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhəti yenidən pisləşib.
Polemika.az siyasətçinin durumu ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb. MMP sədri ürəyində problem olduğuna görə danışmağa çətinlik çəkdiyini bildiirb:
“Xəstəyəm, danışa bilmirəm. Ancaq dərman qəbul edir, iynə vurdururam. Bədənim deşik-deşikdir. Koronavirus deyiləm. Lakin ürəyimdə problem var, nəfəs ala bilmirəm. Maraqlandığınız üçün təşəkkür edirəm”.
Qeyd edək ki, Hafiz Hacıyev bir müddət öncə koronavirusa yoluxmuşdu.