Gürcüstanda koronavirus tüğyan edir: 63 nəfər öldü
Gürcüstanda koronavirus tüğyan edir: 63 nəfər öldü
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 778 yoluxma halı qeydə alınıb.
Polemika.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, son sutkada COVID-19 analizinin nəticələri müsbət çıxmış 63 nəfər ölüb.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 867 071, ölənlərin sayı isə 12407 nəfərə çatıb. Virusa yoluxanlardan 809830 nəfərin sağaldığı bildirilir.