Frida Kahlonun son avtoportreti SATILDI - 34,9 milyon dollara - FOTO

Frida Kahlonun son avtoportreti SATILDI - 34,9 milyon dollara

Frida Kahlonun son avtoportreti SATILDI - 34,9 milyon dollara - FOTO

20-ci əsrin ən tanınmış rəssamlarından biri olan Frida Kahlonun son portreti  ABŞ-ın Nyu-York şəhərində keçirilən hərracda 34,9 milyon dollara satılıb.

Polemika.az xarici mediaya istinadla xəbər verir ki, əsərdə Frida özünü və alnında əri Dieqo Riverin çəkilmiş şəklini təsvir edib.

Satılan bu əsər Fridanın ölmədən öncə tamamladığı son avtoportretdir.

Verilən açıqlamaya görə, 1949-cu ildə çəkilmiş bu əsər 34.9 milyon dollara satılaraq rekord qırıb.

Portretin Latın Amerikası incəsənətinin məşhur kolleksiyaçısı və Buenos-Ayresdəki Latın Amerikası İncəsənət Muzeyinin yaradıcısı Eduardo Kostantini tərəfindən alındığı bildirilib.

Frida Kahlonun son avtoportreti SATILDI - 34,9 milyon dollara - FOTO