FHN zəlzələ ilə bağlı məlumat yaydı
FHN zəlzələ ilə bağlı məlumat yaydı. Gürcüstanda baş verən və Azərbaycanın sərhəd rayonlarında hiss edilən zəlzələ zamanı ölkədə hər hansı dağıntı və ya insan xəsarət qeydə alınmayıb.
Polemika.az Yenisabah -a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildiirlib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.
Xatırladaq ki, Gürcüstan ərazisində 4.9 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
What's Your Reaction?