Ev sahibini bıçaqla yaraladı: 2 manat 80 qəpik pulunu götürüb qaçdı

Ev sahibini bıçaqla yaraladı: 2 manat 80 qəpik pulunu götürüb qaçdı

Ev sahibini bıçaqla yaraladı: 2 manat 80 qəpik pulunu götürüb qaçdı

Bakıda evə silahlı basqın edilib, xəsarət alan var.

Polemika.az Report-a istinadən məlumat verir ki, hadisə yanvarın 22-i saat 03 radələrində Nəsimi rayon, 3-cü Alatava küçəsi, ev 203-də qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Əli Əlizadə əlində olan bıçaqla Namir Əhmədovun yaşadığı evə daxil olub. O, ev sahibini bıçaqla hədələyərək cibində olan pulları tələb edib.

Ə.Əlizadə daha sonra N.Əhmədovun sağ diz nahiyəsinə bıçaqla xəsarət yetirib və onun 2 manat 80 qəpik pulunu götürərək qaçıb.

Ə.Əlizadə yanvarın 23-də Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Ev sahibini bıçaqla yaraladı: 2 manat 80 qəpik pulunu götürüb qaçdı