Erməni deputat qorxu içindədir: "Təhlükəsizliyimiz təhdid olunur"

Erməni deputat qorxu içindədir: "Təhlükəsizliyimiz təhdid olunur"

Erməni deputat qorxu içindədir: "Təhlükəsizliyimiz təhdid olunur"

"Azərbaycanlılarla təmas xəttində Geğarkunik (Göyçə), Vayots Dzor (Dərələyəz) və Syünik (Zəngəzur) arasında təmas xəttində yerdəyişmələr, qarşı tərəfin güclənməsi, eləcə də ehtiyatsız davranışlarımız onu deməyə əsas verir ki, yaxın gələcəkdə təhlükəsizlik təhdidləri kəskin şəkildə artmaqda davam edəcək".

Polemika.az “Aysor”a istinadla xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən müxalif “Mənim şərəfim var” fraksiyasının üzvü, deputat Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, coğrafi yerləşmə, yüksək dağlıq ərazilərdə yerləşən hərbi bazalar, kəskin hava şəraiti, istehkam işlərinin tamamlanmaması, bu sahəyə hokumət tərəfindən kifayət qədər dəstək verilməməsi sərhəddə dayanan erməni hərbçilərin vəziyyətini daha da çətinləşdirir.

“Türklərin orduya vurduğu daxili və xarici zərbələr şəraitində əsl kişilər, vətəni hər şeydən uca tutan insanlar ön plandadır.

Biz hərbçilərimizi nəyin bahasına olursa-olsun dəstəkləməliyik və ordumuzu belə vəziyyətə gətirənlər mütləq cavab verəcəklər”.

Rafi MÜSLÜMOV

 

 

Erməni deputat qorxu içindədir: "Təhlükəsizliyimiz təhdid olunur"