Dəmir filizinin qiyməti ucuzlaşdı
Dəmir filizinin qiyməti ucuzlaşdı. Qlobal dəmir filizi bazarındakı qiymət dinamikası əsasən Çindəki tələbatdan asılıdır.
"Iron Ore 62% Fe CFR China" dəmir filizinin qiyməti 2024-cü ilin yanvar-iyun ayları arasında Çikaqo Ticarət Birjasında (CME) 28% azalaraq, 2024-cü ilin əvvəllərində 141,5 dollar/ton səviyyəsindən 106,4 dollar/tona düşüb.
Bu qiymət azalmasının səbəbi, Çin daşınmaz əmlak bazarındakı böhranın polad tələbatını azaltmasıdır. Qlobal dəmir filizi bazarındakı qiymət dinamikası əsasən Çindəki tələbatdan asılıdır.
Çin dünya üzrə dəniz yolu ilə daşınan dəmir filizinin təxminən 75%-ni istehlak edir və bu xammalın təxminən 80%-ni idxal yolu ilə təmin edir. 2023-cü ildə Çinə dəmir filizi idxalı əvvəlki illə müqayisədə 7% artaraq 1,18 milyard tona çatıb. Çinə əsas filiz tədarükçüləri Avstraliya (60%-dən çox) və Braziliyadır (20%-dən çox).
Qeyd edək ki, iyul ayının ilk günlərində qiymətlər bir qədər artıb.
What's Your Reaction?