Cavidan Novruz: "20 günə 30 kiloya yaxın çəki atdım"

Cavidan Novruz: "20 günə 30 kiloya yaxın çəki atdım"

Cavidan Novruz: "20 günə 30 kiloya yaxın çəki atdım"

Aktyor Cavidan Novruz rola görə vaxtilə 30 kiloqram çəki atdığını açıqlayıb.

Polemika.az xəbər verir ki, “Səhər Mərkəzi” proqramında qonaq olan aktyor “Təhminə və Zaur”  serialında rol almaq üçün xeyli arıqladığını bildirib:

“Bu rolu oynamaq üçün 10 kilo arıqlamağımı istədilər. Spartak rolunu mənə verəcəkdilər. Mən 20 günə 30 kiloqrama yaxın çəki atdım. Hər gün iki-üç saat zalda məşq edirdim, pəhriz də öz yerində. Şahidlər var”.

Aktyor verilişdə bir aya 10 kiloqramdan artıq çəki atacağına da söz verib:

“Martın 25-nə sizi şoka sala bilərəm. Siz məni prinsipə saldınız. Hətta 10 kilodan da artıq arıqlaya bilərəm. Bəlkə də inanmırsınız, amma ata bilərəm”.

Həmin görüntüləri təqdim edirik:

 

Cavidan Novruz: "20 günə 30 kiloya yaxın çəki atdım"