“Azərbaycanın 10 milyon əhalisi, cəmi 8 komandası var” - De Byazi

“Azərbaycanın 10 milyon əhalisi, cəmi 8 komandası var” - De Byazi

“Azərbaycanın 10 milyon əhalisi, cəmi 8 komandası var” - De Byazi

"Əlbəttə, daha yaxşı nəticələr əldə etmək olardı. Amma sahib olduğunuz oyunçuları, həmçinin mentalitet və münasibətdəki fərqləri başa düşməlisiniz".

Polemika.az xəbər verir ki, bunu millimizin baş məşqçisi Canni De Byazi İtaliyanın TMW radiosuna müsahibəsində deyib.

İtalyan mütəxəssis millimizdəki işini qiymətləndirib. O, AFFA ilə noyabrın 30-da başa çatacaq müqaviləni yeniləməyə hazır olduğunu bildirib: 

"Bəlkə də işimi davam etdirmək üçün mənə bir az cəsarət lazımdır. Amma hələ nə olacağını bilmirəm. Yaxın günlərdə AFFA rəhbərliyi ilə məsələni müzakirə edəcəyik. Ümid edirəm ki, daha 2 il işimi davam etdirə bilərəm. Mən hazıram. Görək federasiya hansı qərarı verəcək".

65 yaşlı mütəxəssis Azərbaycanda güləş və boks kimi fərdi idman növlərinə daha çox diqqət yetirildiyini qeyd edib: 

"Komanda idman növlərində bir qədər geri qalırlar. Ola bilsin, ümumi fəlsəfə yoxdur. Yerli futbolçu sayı az olsa belə, düzgün yanaşma tələb olunur. Azərbaycanda 10 milyon əhali olmasına baxmayaraq, Premyer Liqada cəmi 8 komanda çıxış edir ki, onların da heyətində ən azı 6 legioner var". (Qol.az)

“Azərbaycanın 10 milyon əhalisi, cəmi 8 komandası var” - De Byazi