Azərbaycanda mülki şəxs minaya düşdü

Azərbaycanda mülki şəxs minaya düşdü

Azərbaycanda mülki şəxs minaya düşdü

Goranboy rayon sakini minaya düşüb.

Bu barədə Polemika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlunun örüş sahəsində heyvan otaran zaman minaya düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Hazırda Goranboy Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar", - Mətbuat Xidmətindən bildirilib.

Azərbaycanda mülki şəxs minaya düşdü