Azərbaycanda 16 yaşlı qız hamamda dəm qazından boğularaq öldü
Azərbaycanda 16 yaşlı qız hamamda dəm qazından boğularaq öldü
Saatlı rayonunda dəm qazından ölüm hadisəsi baş verib.
Polemika.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 1-də qeydə alınıb.
Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Aytac İsmayılova yaşadığı evin hamam otağında çimərkən su qızdırıcının dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.