Azərbaycanda 1 ayda 167 nəfər zəhərlənib - Səbəblər
Azərbaycanda 1 ayda 167 nəfər zəhərlənib - Səbəblər
Ötən ay Azərbaycanda 167 nəfər zəhərlənib.
Polemika.az xəbər verir ki, bu barədə "Report"a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
2022-ci ilin yanvar ayı ərzində zəhərlənmə faktı ilə bağlı 167 nəfər qəbul olunub:
"Xəstəxanaya yerləşdirilənlərdən 18-i sirkə turşusu, 9-u allergiya, 67-si dərman, 5-i qida, 44-ü dəm qazın və 13-ü spirtli içkidən zəhərlənib. Bundan başqa, Klinikaya qəbul olunanların 11-i anafilaktik şok keçirib.
Həkimlərin səyləri nəticəsində 167 nəfərdən 166-sı sağlamlığına qovuşub, 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb".