"ABŞ Rusiyaya qətiyyətli cavab verəcək” - Sallivan

"ABŞ Rusiyaya qətiyyətli cavab verəcək” - Sallivan

"ABŞ Rusiyaya qətiyyətli cavab verəcək” - Sallivan

“Bu həftə Rusiya ilə danışıqlar faydalı oldu, amma yeni danışıqların vaxtı hələ müəyyən edilməyib”.

Polemika.az xəbər verir ki, bu sözləri ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

Sallivanın sözlərinə görə, ABŞ kəşfiyyatı Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlar barədə qərar verdiyi qənaətinə gəlməyib, lakin Rusiyanın hərbi müdaxilə təhlükəsi hələ də yüksək olaraq qalır:

“ABŞ Ukraynada dövlət çevrilişinə cəhdin Rusiyanın işğalı üçün bəhanə ola biləcəyini istisna etmir. ABŞ Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi halında NATO-nun şərq cinahını gücləndirəcək. Rusiya Latın Amerikasında qüvvələrin yerləşdirilməsi istiqamətində hərəkət edərsə, ABŞ qətiyyətli cavab verəcək”, - deyə Suallivan deyib.

 

 

"ABŞ Rusiyaya qətiyyətli cavab verəcək” - Sallivan