ABŞ hərəkətə keçdi: Ukraynaya hərbi yardım göndəriləcək

ABŞ hərəkətə keçdi: Ukraynaya hərbi yardım göndəriləcək

ABŞ hərəkətə keçdi: Ukraynaya hərbi yardım göndəriləcək

ABŞ dövlət katibi Entoni Blinken Prezident Cozef Baydenin memorandumuna uyğun olaraq Ukraynaya 200 milyon dollara qədər hərbi yardım barədə göstəriş verib.

“Polemika.az”ın məlumatına görə, bu barədə Dövlət Departamenti yazılı açıqlama yayıb. "Bu paket Ukraynaya zireh, hava və digər təhlükələrlə mübarizə aparmaq üçün əlavə müdafiə yardımını əhatə edəcək", - Blinken deyib.

O, qeyd edib ki, bu məbləğlə hazırkı Vaşinqton administrasiyasının Kiyevə verdiyi təhlükəsizlik yardımının ümumi məbləği 1,2 milyard dollardan çox olub.

"Amerika və müttəfiqləri öz ölkələrini və həmvətənlərini qorumaq üçün onların (Ukrayna) səylərini dəstəkləyir, həmçinin Rusiyanı gücün Ukraynanın ruhunu heç vaxt məğlub etməyəcəyini etiraf etməyə çağırır. Biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiqik və Ukraynaya lazımi dəstəyi bundan sonra da davam etdirəcəyik. Həmçinin ehtiyacı olanlara humanitar yardım göstərməyə və Ukrayna xalqına öz ölkələri uğrunda apardıqları mübarizədə iqtisadi və təhlükəsizlik yardımı ilə dəstək verməyə davam edəcəyik”, - dövlət katibi bildirib.

Daha əvvəl KİV Ağ Evin mətbuat xidmətinə istinadən Ukraynaya 200 milyon dollarlıq hərbi yardım göndəriləcəyi barədə məlumat yayıb.

Fevralın sonunda ABŞ hakimiyyəti Ukraynaya təcili hərbi yardım üçün 350 milyon dollara qədər vəsait ayırıb./Report

ABŞ hərəkətə keçdi: Ukraynaya hərbi yardım göndəriləcək