250 min tələbə Bakıya qayıtdıqda yoluxma sayı nə qədər olacaq?

250 min tələbə Bakıya qayıtdıqda yoluxma sayı nə qədər olacaq?

250 min tələbə Bakıya qayıtdıqda yoluxma sayı nə qədər olacaq?

"Təhsil prosesi bərpa edildikdən sonra Azərbaycanın müxtəlif bölgələrindən kifayət qədər böyük sayda tələbənin (250 min) yaşayış yerini tərk etməsi, aktiv hərəkəti yoluxma sayına öz təsirini göstərə bilər".

Bu sözləri Polemika.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov söyləyib. 

O, yoluxmada say artımına baxmayaraq, heç bir qapanmaya gedilməyəcəyi rəyindədir:

"Ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. 54 orta ixtisas təhsil müəssisəsində isə 56 min nəfər. Fevralın 15-dən etibarən onlar təhsil müəssisələrinə yenidən qayıdacaqlar. Nəzərə alsaq ki, hazırda yoluxma sayı 7 mindən çoxdur, təhsil prosesi bərpa edildikdən sonra bölgələrdən kifayət qədər böyük sayda tələbə (250 min) yaşayış yerini tərk edəcək və aktiv hərəkət yoluxma sayına öz təsirini göstərəcək. Həmin tələbələr Azərbaycanın bütün bölgələrində aktiv hərəkətdə olan kütlədir. Bu proses tədrisə və yoluxma sayına mənfi təsirini göstərə bilər”.

Kamran Əsədov xatırladıb ki, ötən il sentyabrın 29-dan ali və orta ixtisas təhsil müəssisələrində ənənəvi tədris bərpa edilib. Bundan sonra yoluxma ilə əlaqədar bəzi ali və orta təhsil müəssisələri distant təhsilə keçiblər:

“Hazırda yoluxma sayı təhlükəli həddədir. Lakin onlayn tədrisə keçid gözlənilmir. Orta ümumtəhsil müəssisələrində bu mümkündür. Lakin ali təhsil müəssisələrində oxuyan tələbələr ən azı 14 gündən çox tətildə olublar. Yəni qırılma nöqtəsi ali məktəblərdə baş verib. Orta məktəblərdə hər hansı bir fasilə olmayıb, sadəcə 10 məktəb, 300-dən çox sinifdə distant təhsilə keçib.

Bütün bunlara əsasən deyə bilərik ki, tədris prosesi fevralın 15-dən ənənəvi qayda da başlayacaq. Təbii ki, yoluxma sayının artması narahatlıq doğursa belə, birmənalı şəkildə qapanmalara gedilməsi gözlənilmir".

Mehri QURBAN

250 min tələbə Bakıya qayıtdıqda yoluxma sayı nə qədər olacaq?