"Ən azı bir mövsüm ABŞ-da oynamaq istəyirəm" - Neymar
"Ən azı bir mövsüm ABŞ-da oynamaq istəyirəm" - Neymar
PSJ-nin hücumçusu Neymar gələcəklə bağlı planlarını bölüşüb.
Polemika.az xəbər verir ki, o, "AS" nəşrinə açıqlamasında deyib: “Mən həqiqətən yenidən "Santos"da oynamaq istəyirəm . Mən bu şəhərdə və bu gözəl stadionda oynamaq üçün çox darıxıram.
Mən də ən azı bir mövsüm ABŞ-da oynamaq istəyirəm. Bu, qısa çempionatdır, məzuniyyət 3-4 ay olur".