Sabah üçün hava proqnozu 39° isti

İyulun 12-də gözlənilən hava şəraiti. Yəni sabah üçün hava proqnozu açıqlanıb.

Jul 11, 2024 - 13:42
Jul 11, 2024 - 13:43
 0
Sabah üçün hava proqnozu 39° isti

Milli Hidrometeorologiya Xidmətindən "polemika.az"a verilən məlumata görə, sabah üçün hava proqnozu Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, arabir buludlar qatılaşacaq və əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz isə 31-36° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz isə 35-40 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli yağış, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Gecə və səhər saatlarında arabir duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz isə 34-39° isti, dağlıq ərazilərdə gecə 11-16° isti, gündüz isə 20-25° isti olacaq.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow