Bakının kirayə mənzil bazarında bahalaşma davam edir - Səbəblər...

Oct 25, 2024 - 15:00
 0
Bakının kirayə mənzil bazarında bahalaşma davam edir - Səbəblər...
Bakının kirayə mənzil bazarında bahalaşma davam edir - Səbəblər...
"Bakıda bəzi ərazilərdə kirayə evlərin qiyməti qalxıb. Qonaqların yerləşdirilməsi ilə bağlı otellərdə nömrələr yetərli deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib. 
Ekspert bildirib ki, bu baxımdan Dövlət Turizm Agentliyi əlavə bazarda olan mənzilləri kirayələməyə məcburdur:
"Bu addım şəhərin hər yerinə aid deyil. Əsasən üstünlük veriləcək tədbir keçiriləcək ərazilər və onlara yaxın yerlərə. Hazırda seçim aparılır. Hər hansı bir təşkilatlardan, dövlətlərdən gələn qonaqları şəhərin otellərində yerləşdiriblər. Əlavə yerlərə ehtiyac yaranacaq. Tədbirin keçiriləcəyi yerlərə yaxın olan ərazilərdə kirayə mənzillər götürüləcək".

Elnur Azadov əsasən üstünlüyün yeni inşa olunmuş binalara verildiyini diqqətə çatdırıb:
"Evlərin kirayə qiymətlərinin qalxması kütləvi hal deyil. Bahalaşma bütün bazara şamil olunmur. Artıq kirayə evlərlərlə bağlı seçimlərin 90%-i dövlət agentliyi tərəfindən aparılıb. Noyanrın 1-nə kimi vaxt qalıb, ondan sonra kirayə mənzillərdə bahalaşma olmayacaq".

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow