“Rabitəbank”dan geri addım - Keşbeklər azaldılır
“Rabitəbank” əsas ödənişlər üzrə keşbekləri azaldır.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, bu ilin noyabrın 1-dən etibarən bank debet kartları üzrə keşbekləri azaldacaq. Belə ki, bank yanacaqdoldurma məntəqələri üzrə keşbekləri 5%-dən 3%-ə endirib. Bu keşbek “Apple Pay” və “Google Pay”lə ödənişlərə şamil edir. Kart vasitəsilə ödənişlər üzrə isə 0,5% keşbek təklif edilir.
“Rabitəbank” həmçinin marketlərdə “Apple Pay” və “Google Pay”lə ödənişlər üzrə keşbeki 3%-dən 2%-ə endirib. Marketlərdə kartla ödəniş zamanı isə 1% keşbek təklif edilir.
Bu isə sosial şəbəkələrdə istifadəçilərin narazılığı ilə qarşılanıb. İstifadəçilər bildirirlər ki, keşbeklərin getdikcə azaldılması onların “Rabitəbank” kartlarını digər bankların kartları ilə əvəzləməsinə səbəb olacaq.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6%-I Əliyev Rauf Zeynal oğluna, 20,13%-i Abbasova Validə Maarif qızına, 14,45%-i bankın Müşahidə Şurasının sədri Nuriyev Zakir Əlibaba oğluna, 14,51%-i Nuriyev Seyran Əlibaba oğluna, 9,11%-i isə Nuriyeva Dilarə Nəsrəddin qızına aiddir.
What's Your Reaction?