“Nikosayağı” ilə bağlı XƏBƏR: “Porsche” markalı avtomobilin....
“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli qəzaya düşdüyü “Porsche” markalı avtomobilinin nömrəsinin satış qiymətini aşağı salıb.
Polemika.az İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, buna nömrənin satış qiymətinin alıcıları qane etməməsi səbəb olub.
Buna görə də, N.Şakirli iki aya yaxındır satışa çıxardığı 10 GR 005 dövlət qeydiyyat nişanının qiymətini 3 min manat endirib.
Təcili satışa çıxarılan nömrə hazırda 13 min manata təklif olunur. Sözügedən dövlət qeydiyyat nişanı qiymət endirimindən əvvəl ilk vaxtlar 16 min manata satışa çıxarılmışdı.
Qeyd edək ki, bir müddət əvvəl isə avtomobilin ehtiyat hissələri çıxarılaraq ayrı-ayrılıqda satılıb.
Xatırladaq ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.
What's Your Reaction?