Məşhur meyxanaçının restoranında 1 manata milçək “satılır” – VİDEO

Oct 18, 2024 - 08:16
 0
Məşhur meyxanaçının restoranında 1 manata milçək “satılır” – VİDEO

Jurnalist Samir Əli tanınmış meyxanaçı Namiq Mənanın restoranında xoşagəlməz vəziyyətlə qarşılaşdığını bildirib.

Polemika.az globalinfo.az-a istinadla xəbər verir ki, o, meyxanaçının restoranının təmirli və səliqəli olduğunu, lakin natəmizliklə üzləşdiyini deyib.

S.Əli qeyd edib ki, milçəklərin əlindən restoranda rahat oturmaq mümkün olmayıb:

“Ora gedəndə düşündüm ki, Namiq Mənanın restoranıdırsa, normal olar. Restoran təmirli, səliqəli idi. Xoşrəftar, qonaqpərvərlik öz yerində! Hətta Namiq Məna bizi qarşıladı, yer göstərdi. Bura qədər hər şey əla idi. Kabinetə daxil olub oturduq, çay dedik, çay dəsgahı gətirdilər. Ofisiant çayı gətirdi, qapıdan çıxanda elə bil içəri bir kisə milçək buraxdılar. Bu milçəklər bizə bir divan tutdu, az qaldıq, danışmayaq.

Deməli, milçəklər mürəbbəyə, şokolada, ləbləbi dəstinə elə daraşdı ki, birini də yeyə bilmədik. Axırda ofisiantdan milçəköldürən istədim, gətirdi. Çarəsiz qalıb kabinetdəki milçəkləri öldürməyə başladım. Saydım, düz 31 milçək öldürdüm. Sonda hesabı istədim – 30 manat gəldi. Anladım ki, burada bizdən çayın yox, öldürdüyüm milçəklərin pulunu alıblar. 31 milçək öldürmüşdüm, birini 1 manatdan “satdılar”. Yəqin, milçəyin biri yaddan çıxıb, yoxsa 31 manat alacaqdılar”.

Məsələ ilə bağlı meyxanaçı Namiq Mənanın mövqeyini öyrənmək mümkün olmadı.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow