Bakıda tələbə qızların arxasına düşən manyak peyda oldu - FOTO
Bakıda universitet tələbələri arasında yayılan məlumatlara görə, şəhərdə qızları izləyən və onların fotolarını çəkməyə çalışan bir şəxs peyda olub.
Ajans.az-ın xəbərinə görə, tələbələr həmin şəxsin xüsusilə universitet ətrafında dolaşaraq dərsdən çıxan qızların arxasınca düşdüyünü və fotolarını çəkməyə çalışdığını iddia edir. Bu vəziyyət tələbələr və onların ailələri arasında ciddi narahatlıq yaradıb.
Güman olunur ki, həmin şəxs universitet ətrafında gizli şəkildə hərəkət edərək qızların şəxsi məxfiliyini pozur. Sosial şəbəkələrdə və tələbə qruplarında yayılan məlumatlarda isə bu təhlükəli hərəkətlərin qarşısının alınması və aidiyyəti orqanların məsələyə müdaxilə etməsi üçün çağırışlar edilir.
What's Your Reaction?