“Azərpoçt” adından saxta SMS-lər göndərilir

Nov 6, 2024 - 11:35
 0
“Azərpoçt” adından saxta SMS-lər göndərilir
“Azərpoçt” adından saxta SMS-lər göndərilir

“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

Belə ki, müxtəlif nömrələrdən vətəndaşlara mesajlar göndərilərək bağlamalarının müvəqqəti saxlanıldığı və geri qaytarılmaması üçün ünvan məlumatlarını saxta keçidə daxil olaraq yeniləmək bildirilir. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılmışdır.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow