Azərbaycanda məşhur şirkətlə bağlı korrupsiya araşdırması - Minlərlə insanın pulu bata bilər
Kriptovalyuta alqı-satqısı ilə məşqul olan “Aze Bilişim Finance” MMC-nin “Azebirja Şirkəti”nin müştərilərinin başı dərddədir. Şirkətin bəzi problemləri meydana çıxıb.
Bu şirkətlə bağlı bəzi məlumatlar əldə etmişik.
Məlumatları dəqiqləşdirmək üçün şirkətə zəng etsək də telefonlarımıza cavab verən olmadı.
Bu gün şirkətin rəsmi instagram səhifəsində edilən paylaşımda göstərilib ki, şirkətin fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində artıq araşdırma başlayıb.
Əldə etdiyimiz məlumata görə, şirkətin Mərkəzi bankdan lisenziyası olmaması və bir sıra məqamlara görə bağlanmaq təhlükəsi ilə üzləşib. Bu isə müştərilərin pullarını itirməsi deməkdir.
Şirkətin lisenziyasının olub olmaması ilə bağlı Mərkəzi Banka sorğu vermişik. Cavab olan kimi təqdim edəcəyik.
Araşdırmamız davam edir./ajans.az
What's Your Reaction?