7 ballıq zəlzələ olacaq? – ŞOK AÇIQLAMA
Səhər saatlarında Malatyada baş verən zəlzələdən sonra ekspertlərdən açıqlamalar davam edir.
Polemika.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, zəlzələ eksperti Övgün Əhməd Ərcan da bu barədə danışıb. O, Malatyada baş verən 5,9 ballıq zəlzələdən sonra afterşokların 7 ballıq yeni zəlzələ meydana gətirə biləcəyini deyib.
Ekspertin sözlərinə görə, Malatyadakı zəlzələ ötən il Kahramanmaraşda baş verən dəhşətli zəlzələlərin afterşokudur. vakansiyalar
Övgün Əhməd Ərcan yeni zəlzələ ehtimalı barədə də danışıb:
“Əslində, 6,5 və 7 ballıq zəlzələnin olacağını gözləyirdik.
Onlardan biri bu gün gec də olsa Malatyada 5,9 balla baş verdi.
Lakin bu bölgədə 7 ballıq yeni afterşokların olacağını görməyimiz təəccüblü olmaz”.
What's Your Reaction?