Türkiyədə güclü zəlzələdən sonra binalarda uçqunlar baş verib

Oct 16, 2024 - 13:48
 0
Türkiyədə güclü zəlzələdən sonra binalarda uçqunlar baş verib

Türkiyədə bu gün yerli vaxtla saat 10:46-da baş verən zəlzələ nəticəsində Malatya, Şanlıurfa və Elazığda hər birində bir bina olmaqla ümumilikdə üç binada qismən uçqun baş verib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabından xəbər verib.

Onun sözlərinə görə həlak olan və ya yaralanan barədə məlumat yoxdur.

Nazir bildirib ki, zəlzələdən sonra Malatya, Diyarbəkir, Şanlıurfa, Elazığ, Batman, Tunceli vilayətlərində AFAD və aidiyyəti qurumlar sahə axtarış işlərini davam etdirir.

Qeyd edək ki, zəlzələdən sonra məktəblərdə dərslər birgünlük dayandırılıb.

Türkiyədə güclü zəlzələ baş verib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

Bildirilir ki, 5,9 bal gücündə zəlzələnin mərkəzi Malatya olub. Ancaq yeraltı təkanlar Diyarbəkir və Elazığ kimi fəlakət bölgələrində də hiss edilib.

Yeraltı təkanların ocağı 10.07 kilometr dərinlikdə olub.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow