Ərdoğanın sözçüsü: "Rusiyanın bəzi tələblərinin yerinə yetirilməsi Ukrayna üçün çətin deyil"

Ərdoğanın sözçüsü: "Rusiyanın bəzi tələblərinin yerinə yetirilməsi Ukrayna üçün çətin deyil"

Ərdoğanın sözçüsü: "Rusiyanın bəzi tələblərinin yerinə yetirilməsi Ukrayna üçün çətin deyil"

“Rusiyanın bəzi tələblərinin yerinə yetirilməsi Ukrayna üçün o qədər çətin deyil. Məsələn, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmayacağını artıq bəyan edib”. 

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “BBC”-yə müsahibəsində deyib.

“Amma Ukraynanın tərksilah edilməsi, rus dilindən istifadənin qüvvədə qalması və de-nazifikasiya çətindir. Bu, əslən yəhudi olan və bəzi qohumları Holokostda ölən cənab Zelenski üçün təhqirdir. Cənab Zelenski artıq Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə və onunla təkbətək danışıqlara hazır olduğunu bildirib. Rusiya Ukrayna hökumətindən Ukraynanın şərqindəki ərazilərdən imtina etməyi tələb edəcək. Bu, dərin mübahisələrə səbəb olacaq. Digər ehtimal isə ondan ibarətdir ki, Moskva Kiyevdən 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krımın işğalını tanımasını tələb edəcək. Bu, Ukrayna üçün çətin olacaq”, - o söyləyib.

İ.Kalın bildirib ki, Rusiyanın Krıma sahib olmaq hüququ yoxdur: “Buna baxmayaraq, Putinin tələbləri deyildiyi qədər sərt deyil. Qan tökülməsi, dağıntılar tələbləri daha ağırdır. Ciddi saziş imzalanmasa, Prezident Putin və onun varisləri hər an yenidən Ukraynaya hücum edə bilərlər. Atəşkəs qan tökülməsinin qarşısını alsa da, sülh razılaşmasının imzalanması uzun çəkə bilər. Ukrayna şəhərlərinin bərpası çox vaxt alacaq. Müharibəni bitirmək üçün bizi səylərimiz davam edir və, görünür, neytral mövqedə olmağımız nəticə verir”.

Ərdoğanın sözçüsü: "Rusiyanın bəzi tələblərinin yerinə yetirilməsi Ukrayna üçün çətin deyil"