Ərdoğan FETÖ-dən danışdı: “Daha qərarlı və sürətli addımlar atılması...”

Ərdoğan FETÖ-dən danışdı:

Ərdoğan FETÖ-dən danışdı: “Daha qərarlı və sürətli addımlar atılması...”

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Albaniyaya səfəri zamanı həmkarı Edi Rama ilə birgə təşkil olunan mətbuat konfransında FETÖ terror təşkilatından bəhs edib.

Polemika.az xəbər verir ki, Ərdoğan "Dost və qardaş ölkə Albaniyada FETÖ-nün hələ də fəaliyyət imkanı tapmasının övladlarını şəhid verən millətimizi dərindən yaralamaqdadır" sözlərini istifadə edib. 

Türkiyə prezidenti albaniyalı həmkarı ilə görüşündə də bu barədə ətraflı danışdıqlarını bildirib:

"Görüşümüzdə FETÖ terror təşkilatı ilə mübarizəmizi də müzakirə etdik. Bilirsiniz ki, bu terror təşkilatı 15 iyul 2016-cı ildə ölkəmizi hədəfə alan uğursuz çevriliş cəhdi etdi. Millətimizin mübarizəsi sayəsində boşa çıxan terror aktı zamanı təəssüf ki, 251 vəfəndaşımızı şəhid etdilər. Əllərində günahsız insanların qanı olan bu terror təşkilatının təkcə Türkiyədə deyil, mövcud olduğu hər ölkədə böyük bir təhdid törətdiyi aydındır. Gələcək zamanda Albaniyada FETÖ-ya qarşı daha qərarlı və sürətli addımlar atılması ən səmimi gözləntimizdir".

 

Ərdoğan FETÖ-dən danışdı: “Daha qərarlı və sürətli addımlar atılması...”