“Əldə olunan son nailiyyətlər Əsgərimizin noyabrın 15 və 16-da göstərdiyi qərhəmanlığının birbaşa nəticəsidir”

“Əldə olunan son nailiyyətlər Əsgərimizin noyabrın 15 və 16-da göstərdiyi qərhəmanlığının birbaşa nəticəsidir”

“Əldə olunan son nailiyyətlər Əsgərimizin noyabrın 15 və 16-da göstərdiyi qərhəmanlığının birbaşa nəticəsidir”

Hələ də bəzi dostlar noyabrın 15 və 16-da baş verən döyüşlər barədə müəyyən  suallar səsləndirirlər. Bu barədə hadislərin baş verdiyi zaman məqalələrimdə fikirlərimi yazsam da oxuculardan yenə də döyüşlərin nəticəsi barədə müəyyən suallar almaqda davam edirəm. Nəzərə alsaq ki, yaxın dəqiqələrdə Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayacaq və bu görüş ilə noyabrın 15 və 16-da baş verən döyüşlərin arasından birbaşa əlaqə mövcuddur, o zaman mövzuya təkrar qayıtmaq yerinə düşər. 

28 gün əvvəl Ermənistan Silahlı Qüvvələrinin Laçın və Kəlbəcər istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar düşmənin ümumilikdə ölü, yaralı və itkin olaraq 60 nəfərə qədər itki verərək geri çəkilməsi, ordumuzun 3.5 km Qarakilsə istiqamətində irəlləyək ərazilərimizi azad edərək iki strateji yüksəkliyiə nəzarətimizi tam təmin etməsi ilə başa çatdı. Nəticədə ordumuz Ermənistanda yerləşən tarixi ərazilərimizin böyük bir hissəsinə vizual və atəş nəzarətini də təmin etdi. Əfsuslar olsun ki, dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbçisi şəhid oldu. 

Hazırda tam nəzarətimizdə olan yüksəkliklərdən Ordumuz Ermənistan ordusunun manevrlərini izləmək və atəş altında saxlamaq imkanlarına malikdir. 

11 ay masaya oturmaqdan yayınan Ermənistan hakimiyyəti bu döyüşlərdən cəmi 4 gün sonra Brüssel görüşünə, ardınca isə daha əvvəl keçiriləcək Soçi görüşünə razılıq verdi. Görüşlərdə heç bir sənəd imzalanmayacağını iddia edən Nikol Paşinyan Soçidə Azərbaycan tərəfinin maraqlarına maksimum uyğun gələn növbəti bəyanatı imzalamaqla Azərbaycanın kommunikasiyalar açılması və sərhədlərin təyin edilməsinə dair şərtlərini növbəti dəfə qəbul etdi. Hazırda Brüsseldə Bəyanatın şərtlərinin icrası istiqamətində danışıqlar gedir. Yeni bir sənədin imzalanması gözlənilməsədə, görüşün keçirilməsi Ermənistanın vaxt uzatmaq taktikasından əl çəkdiyini nümayiş etdirir. İrəvan artıq anlayır ki, hər keçən gün Ermənistan daha çox itirir. 

Son günlər Ermənistan tərəfindən qəbul edilən birgə Bəyanatların yerinə yetirlməsi ilə bağlı “isti” bəyanatlar səsləndirməsi, Ermənistan ilkin şərt olmadan Türkiyə ilə danışıqlara hazır olduğunu bildirməsi, Ankaranın isə bu təklifə razılıq verməsi, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində seperatçı qurumun silahlı birləşmələrinin ləğv edilrək polis qüvvələrinin yaradılması və s. kimi faktları nəzərə alaraq, tam məsuliyyətlə deyə bilərik ki, əldə olunan son nailiyyətlər Əsgərimizin noyabrın 15 və 16-da baş verən döyüşlərdə göstərdiyi qərhəmanlığın birbaşa nəticəsidir. Əsgərimiz Vətən Müharibəsinin başa çatmasından 14 ay keçməsinə baxmayaraq, hələ də tarix yazmaqda davam edir. Son 10 gündə Ermənistan hakimiyyətini iki dəfə masaya oturmağa, Bəyanata imza atmağa və onların yerinə yetirməyə vadar edən məhz qəhrəman Azərbaycan Əsgəridir.

Ermənistan ordusu döyüş potensialının böyük hissəsini itirib və əməliyyat-taktiki baxımından genişmiqyaslı əməliyyat keçirmək imkanına malik deyil. Döyüş meydanında əldə etdiyimiz nailiyyətlərdən danışıqlar masasında yararlanmaq və Ermənistana qarşı “yumşaq güc” tətbiq etməklə son hədəflərimizə doğru inamla addımlamalıyıq. Yaxın günlərdə daha xoş xəbərlər eşidəcəyimizə inanıram.

Ədalət Verdiyev, hərbi ekspert

“Əldə olunan son nailiyyətlər Əsgərimizin noyabrın 15 və 16-da göstərdiyi qərhəmanlığının birbaşa nəticəsidir”