"Əgər Mahir Emreli "Dinamo"ya keçsə..." - 1.2 milyonluq borc

"Əgər Mahir Emreli "Dinamo"ya keçsə..."

"Əgər Mahir Emreli "Dinamo"ya keçsə..." - 1.2 milyonluq borc

Xorvatiyanın "Sportske novosti" nəşri millimizin hücumçusu Mahir Emrelinin Zaqrebin "Dinamo" klubuna mümkün keçidi ilə bağlı yayılan xəbərləri şərh edib.

Polemika.az xəbər verir ki, qəzet hələlik bu məlumatlara "Dinamo"dan təsdiq cavabı alınmadığını yazıb: "Lakin bu xəbərləri təkzib etmək də olmur. "Dinamo" və "Legiya" bir-biri ilə işbirliyində olub. Polyaklar Lirim Kastratini "Dinamo"dan 1.4 milyon avroya alıb. Bu məbləğ 24 ay ərzində ödənməli idi. Bizdə olan xəbərə görə, "Legiya" cəmi 200 min avronu "Dinamo"nun hesabına köçürüb. Bu, nə məna kəsb edir? Əgər Emreli "Dinamo"ya keçsə, bu, kluba ucuz başa gələ bilər. Axı, Kastratinin transferinə görə "Legiya"nın 1.2 milyon avro borcu qalıb. Polşa mənbələri bildirir ki,  Emrelinin Polşada illik maaşı 300 min avro təşkil edir".

Xatırladaq ki, M.Emrelinin bu qış  "Legiya"dan ayrılacağı gözlənilir. (qol.az)

"Əgər Mahir Emreli "Dinamo"ya keçsə..." - 1.2 milyonluq borc