Zərdüşt Əlizadə Ermənistana səfərdən danışdı: "Xalqımızın səviyyəsi təəssüf ki, geridir..."

Zərdüşt Əlizadə Ermənistana səfərdən danışdı: "Xalqımızın səviyyəsi təəssüf ki, geridir..."

Zərdüşt Əlizadə Ermənistana səfərdən danışdı: "Xalqımızın səviyyəsi təəssüf ki, geridir..."

Fevralın 22-də İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcək.

Cəmiyyətdə belə bir fikir yaranıb ki, deputatların Ermənistana səfərindən sonra hüquq müdafiəçilərinin, sənət adamlarının səfərləri başlayacaq və yavaş-yavaş bütün münasibətlər normallaşacaq.

Polemika.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanla Azərbaycan münasibətlərinin normallaşmasına müsbət yanaşdığını bildirib:

“Ermənistanla münasibətlərin normallaşmasına müsbət baxıram. Hər zaman arzulamışam ki, Azərbaycan və Ermənistan dövlətləri, Azərbaycan və erməni xalqları barışsın. Bu tamamilə təbii və müsbət qarşılanacaq halır".

Zərdüşt Əlizadə imkan olarsa, Ermənistana gedib-getməyəcəyinə də münasibət bildirib:

“Mən Ermənistanda çox olmuşam. 1990, 2000-ci illərdə getmişəm. Mənim üçün Ermənistana səfər problem deyil. Mədəni insan qonşu ilə görüşməli və danışmalıdır. Arada ixtilaf olsa belə, sözlə müzakirə aparmaq mədəni insana yaraşır.

Xalqımızın səviyyəsi təəssüf ki, geridir və bu cür münasibətlərə normal yanaşmır. Hər kəsin fərqli düşüncəsi var. Buna görə də, fərqli yanaşmalar yaranır və bu yanaşmalara təmkinli yanaşılmalıdır”.

Mehri QURBAN 

Zərdüşt Əlizadə Ermənistana səfərdən danışdı: "Xalqımızın səviyyəsi təəssüf ki, geridir..."