"Zəfər turu" məhsuldarlıqla yadda qaldı

"Zəfər turu" məhsuldarlıqla yadda qaldı

"Zəfər turu" məhsuldarlıqla yadda qaldı

Premyer Liqada mövsümün ən məhsuldar turu keçirilib.

Polemika.az xəbər verir ki, 10-cu turda 17 qol vurulub. Orta məhsuldarlıq 4,25-ə bərabər olub.

“Sabah” – “Zirə” (3:3) -6

“Keşlə” – “Neftçi” (3:2) -5

“Sumqayıt” – “Qarabağ” (0:4) -4

Ən az top “Səbail” – “Qəbələ” görüşünə təsadüf edib – 0:2.

Azərbaycan çempionatlarında belə məhsuldarlıq sonuncu dəfə ötən mövsüm qeydə alınıb. Maraqlıdır ki, həmin vaxt da X tur məhsuldar alınıb. 19 qolun vurulduğu turda orta göstərici 4,75 olub. Ötən il noyabrın 21-23-də keçirilən turda “Qarabağ” – “Sumqayıt” (6:1), “Qəbələ” – “Neftçi” (1:4), “Zirə” – “Keşlə” (3:1) və “Sabah” – “Səbail” (2:1) oyunları baş tutub. (Qol.az)

"Zəfər turu" məhsuldarlıqla yadda qaldı