Zelenskinin sərvəti: Ukrayna prezidentinin 1,5 milyard pulu var?

Zelenskinin sərvəti: Ukrayna prezidentinin 1,5 milyard pulu var?

Zelenskinin sərvəti: Ukrayna prezidentinin 1,5 milyard pulu var?

Qərb sosial mediasında Ukrayna prezidenti Volodimir Zelenskinin sərvəti ilə bağlı şayiələr yayılır.

Polemika.az "BankingRates"ə istinadla xəbər verir ki, Ukraynada müharibə qızışdıqca, internetdə müxtəlif hesablamalar peyda olur. Zelenskinin varidatını yarım milyarddan 1,5 milyard ABŞ dollarına qədər olduğu iddiaları səslənir.

Bəzi informasiya mənbələri keçmiş komediyaçının sərvəti ilə bağlı tvitlərin Zelenskiyə və ümumən Ukraynaya dəstəyi zəiflətmək cəhdi olduğunu fərz edir.

"Celebrity Net Worth"-un məlumatına görə, Zelenskinin sərvəti 1,5 milyard dollar deyil, təxminən 1,5 milyon dollardır. Sayt bildirir ki, prezidentin 2018-ci ilə aid maliyyə bəyannaməsində Ukrayna valyutası ilə 37 milyon qrivna dəyərində ümumi aktivləri olduğu qeyd edilib. O zaman bu, 1,5 milyon ABŞ dolları dəyərində xalis sərvət idi. Lakin valyuta məzənnələrinə görə bu məbləğ dəyişir.

Volodimir Zelenski pulunun çox hissəsini "Lyubov v bolşom qorode" (“Böyük şəhərdə məhəbbət”), "Slujebnay roman" ("İşdə sevgi macərası"), və "8 pervıx svidaniy" (“8 ilk görüş”) kimi rusdilli filmlərdə baş rolu oynamaqla qazanıb.

Rus, ukrayna və ingilis dillərini mükəmməl bilən prezident “Paddington” və “Paddington 2” filmlərinin Ukrayna dilinə dublyajında da iştirak edib.

2015-2019-cu illərdə "Sluqa naroda" ("Xalqın xidmətçisi") siyasi satira komediya serialında rol alıb. 51 epizodluq şou orta məktəb müəlliminin macəralarından bəhs edir.

2019-cu ildə Zelenski prezidentliyə namizədliyini irəli sürüb və dövlət başçısı seçilib. Bu, Zelenskinin siyasətə ilk addımıdır.

O, ali təhsilidir. Krivyi Roq İqtisadiyyat İnstitutunu hüquq fakültəsini bitirib, lakin heç vaxt ixtisası üzrə təcrübə keçməyib.

Zelenskinin Ukrayna prezidenti olmasa kimi hazırkı rolu ona hər il cəmi 28.000 qrivna və ya hər ayda cəmi 930 dollar qazandırır ki, bu da illik təxminən 11.200 dollar maaş deməkdir.

Zelenskinin sərvəti: Ukrayna prezidentinin 1,5 milyard pulu var?