Zelenski bu gün ABŞ Konqresində çıxış edəcək

Zelenski bu gün ABŞ Konqresində çıxış edəcək

Zelenski bu gün ABŞ Konqresində çıxış edəcək

Ukrayna prezidenti Vladimir Zelenski bu gün Amerika Birləşmiş Ştatları Konqresində çıxış edəcəyini təsdiqləyib.

Polemika.az xəbər verir ki, Zelenski bu barədə Facebookdakı videomüraciətində bildirib.

"Mənim Birləşmiş Ştatların Konqresində çıxışım çərşənbə gününə planlaşdırılıb. Əhəmiyyətli hadisədir", - prezident vurğulayıb.

"Və mən prezident Baydenə və Ukraynanın ABŞ-dakı bütün dostlarına dövlətimizə, xalqımıza 13,6 milyard dollarlıq yeni dəstək paketinə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu maliyyəni nəzərdə tutan qanun imzalanıb. Biz bunu Ukraynanın tam bərpası istiqamətində ilk addım kimi qiymətləndiririk”, - deyə Zelenski bildirib.

 

 

Zelenski bu gün ABŞ Konqresində çıxış edəcək