Zelenski Belarusa getməkdən imtina etdi -"Varşava, İstanbul, Bakı..."

Zelenski Belarusa getməkdən imtina etdi

Zelenski Belarusa getməkdən imtina etdi -"Varşava, İstanbul, Bakı..."

"Varşava, İstanbul, Bakı və raketlərin Ukraynaya uçmadığı istənilən başqa şəhəri danışıqlar üçün Rusiyaya təklif etdik. Amma onların arasında Minsk yoxdur".

Polemika.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. 

Onun sözlərinə görə, Kiyev Rusiya ilə sülh və danışıqlar istəyir. 

Qeyd edək ki, Rusiya tərəfi danışıqlar üçün Minsk şəhəri təklif edib. Zelenski isə bu təkliflə razılaşmadığını bəyan edib.

"Başqa şəhərlər danışıqlar üçün platforma ola bilər, lakin Belarusda deyil", - Zelenski bu fikirlərini Minskin Rusiya tərəfindən Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirakı ilə əlaqələndirib.

Zelenski Belarusa getməkdən imtina etdi -"Varşava, İstanbul, Bakı..."