Zaxarova Qarabağda atəşkəsin pozulmasından danışdı: "Martın 13-dən..."

Zaxarova Qarabağda atəşkəsin pozulmasından danışdı:

Zaxarova Qarabağda atəşkəsin pozulmasından danışdı: "Martın 13-dən..."

"Biz bu regionda və Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində yaranmış vəziyyətdən narahatıq".

Polemika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O bildirib: “Martın əvvəlindən müntəzəm olaraq atəşkəsin pozulmasını qeyd edirik. Rusiya sülhməramlı kontingenti öz məsuliyyət zonasında sabitliyi təmin etmək və vəziyyətə nəzarət etmək üçün müvafiq tədbirlər görür və bu səylər sayəsində martın 13-dən indiyədək heç bir silahlı insident qeydə alınmayıb.

Sərhədə gəlincə, müvafiq ikitərəfli komissiyanın yaradılması ilə mümkün qədər tez delimitasiya prosesinin başlanmasının tərəfdarıyıq. Qaz kəmərində baş vermiş qəza ilə bağlı ağır humanitar vəziyyətdən xəbərdarıq, bu problemi həll etmək üçün hər iki tərəflə - Ermənistan və Azərbaycanla əlaqə saxlayırıq. Sakinlər və mülki şəxslər üçün problem yaradaraq, onsuz da ağır humanitar vəziyyəti gərginləşdirən addımları istisna etmək lazımdır".

Zaxarova Qarabağda atəşkəsin pozulmasından danışdı: "Martın 13-dən..."