"Zavallı azərbaycanlı 4-5 min manatı hardan tapsın?!" - "Nazirlər, yüksək rütbəli məmurlar..."

"Zavallı azərbaycanlı 4-5 min manatı hardan tapsın?!"

"Zavallı azərbaycanlı 4-5 min manatı hardan tapsın?!" - "Nazirlər, yüksək rütbəli məmurlar..."

"Qarabağ qazilərinin təhsil haqqının dövlət tərəfindən ödənilməsiylə bağlı təklifi dəstəkləyirəm. Hesab edirəm ki, təkcə qazilərin deyil, oxumaq istəyən hər kəsin təhsil haqqı dövlət tərəfindən ödənilməlidir. Azərbaycanda minlərlə gənc sırf maddi durumu yaxşı olmadığı üçün ali təhsil ala bilmir. Universitetlərin qapılarını oxumaq istəyən övladlarımızın üzünə açmalıyıq".

Bu sözləri Polemika.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Jurnalist bildirib ki, universitetdə oxumaq maddi cəhətdən çətin olduğu üçün hamı mahnı oxumağa can atır: "Təəssüf ki, yanlış siyasət üzündən Azərbaycanda oxumaq deyəndə insanların ağlına kitabdan əvvəl mikrofon gəlir".

Seymur Verdizadə qeyd edib ki, Azərbaycanın ali məktəblərində təhsil haqqı çox bahadır. Elə universitetlər var ki, illik təhsil haqqı 4-5 min manatdır: "Halbuki Türkiyənin əksər dövlət universitetlərində təhsil haqqı 250-300 manat civarındadır. Zavallı azərbaycanlı 4-5 min manatı hardan tapsın? Ayda 300- 400 manat məvacib alan adam övladını oxutmaq üçün nə etməlidir? Bank yarmalıdır? Soyğunçuluq etməlidir? Azərbaycanda təhsil haqqı baha olduğu üçün gənclər xarici ölkələrə axın edirlər".

Baş redaktor Azərbaycanda təhsil haqqının yeksək olmasına rəğmən təhsilin səviyyəsinin aşağı olamsından şikayətlənib: "Həmişə məni bir sual düşündürür: Əgər Azərbaycanda yaxşı təhsil verilirsə, nazirlərimiz, digər yüksək rütbəli məmurlarımız niyə adi katarakta əməliyyatı üçün xaricə gedirlər? Niyə rektorlarımızın əksəriyyətinin uşağı xaricdə təhsil alır? Bəla burasındadır ki, təhsil haqqını qaldıran adamların heç birinin balası Azərbaycanda təhsil almır. Bu cür neqativ hallara qarşı hamılqıla mübarizə aparmalıyıq". 

 

"Zavallı azərbaycanlı 4-5 min manatı hardan tapsın?!" - "Nazirlər, yüksək rütbəli məmurlar..."