Ölkə
03 Mart 2021 11:25
“Zəngəzur Azərbaycanın nəzarətinə keçəcək” - Generaldan sensasion açıqlama
Erməni general-mayor Arkadi Tadevosyan sensasiya yaradacaq müsahibə verib.
Polemika.az xəbər verir ki, erməni general Ermənistandakı vəziyyəti analiz edib.
Erməni general Baş nazir Nikol Paşinyanın hakimiyyətdən gediş planları barədə belə deyib: ”Ermənistanda siyasi vəziyyət olduqca gərgindir.
Əgər Paşinyan hakimiyyətdə qalsa, tezliklə Zəngəzur Azərbaycanın nəzarətinə keçəcək. Çünki Paşinyan qərbin diqtəsi ilə hər şeyə hazırdır. Bunun baş verməməsi üçün Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq lazımdır.” / Bakupost