Dünya
03 Mart 2021 15:35
Yunanıstanda zəlzələ oldu
Yunanıstanın Larissa şəhəri yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib.
Yenisabah.az xəbər verir ki, sarsıntı ölkənin əksər yerlərində hiss edilib. Zəlzələnin saat 13:16 radələrində yer səthində 2 kilometr dərinlikdə baş verdiyi qeyd edilib.
Dağıntı və tələfat barədə isə hələ ki məlumat verilməyib