Yevlax sakini arvadını baltaladı

Yevlax sakini arvadını baltaladı

Yevlaxda kişi arvadına balta ilə xəsarət yetirib.

Yenisabah.az xəbər verir ki, rayonun Hacıselli kəndi sakini, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qatar qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Başından balta zərbəsi alan, barmaqlarının bir neçəsi kəsilən və sümükləri sındırılan qadını ərinin döydüyü və xəsarət yetirdiyi müəyyənləşib.

Faktla bağlı araşdırma başlanılıb.