Yetkinlik yaşına çatmayanlara siqaret satan 270 şəxs cərimələnib

Yetkinlik yaşına çatmayanlara siqaret satan 270 şəxs cərimələnib

Yetkinlik yaşına çatmayanlara siqaret satan 270 şəxs cərimələnib

Ötən il yetkinlik yaşına çatmayanlara tütün satan 270 şəxs cərimələnib.

Polemika.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, ümumilikdə, 2021-ci il ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3 422, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 270 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.

Tətbiq edilmiş cərimələr 133 140 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Yetkinlik yaşına çatmayanlara siqaret satan 270 şəxs cərimələnib