"Yeni ştammın yüngül simptomları var" - "Omicron"u aşkarlayan həkim

"Yeni ştammın yüngül simptomları var"

"Yeni ştammın yüngül simptomları var" - "Omicron"u aşkarlayan həkim

Koronavirusun yeni mutasiyası olan Omicron aşkar edən Cənubi Afrikalı həkim Angelique Coetzee deyir ki, bu günə qədər izlənilən xəstələrdə "son dərəcə yüngül simptomlar" var - lakin həssas insanlar üçün xəstəliyin ciddiliyini bilmək üçün daha çox vaxt lazımdır. 

Alfa, beta, qamma və delta variantları Covid-19-un bütün dünyada yayılan minlərlə müxtəlif versiyalarından və ya variantlarından yalnız bəziləridir.

Virus insandan insana nə qədər uzun müddət keçərsə, yeni variantın meydana çıxması və peyvənd proqramlarını təhlükəyə atma ehtimalı bir o qədər yüksəkdir.

Polemika.az "BBC News Azərbaycanca"ya istinadən xəbər verir ki, bəzi elm adamları Cənubi Afrikada B.1.1.529 kimi tanınan ən yeni Covid variantının "indiyə qədər gördüyümüz ən pis variant" olmasından narahatdırlar.

Koronavirusun yeni mutasiyası olan Omicron haqqında nə məlumdur?

Alimlərin fikrincə, koronavirusun yeni mutasiyası olan Omicron bütün əvvəlki variantlardan çox fərqlidir.

Cənubi Afrika Epidemioloji Mərkəzinin rəhbəri, professor Tulio de Oliveira bildirb ki, yeni variant "təxminən 50 mutasiyadan keçib"

50 mutasiyadan təxminən 30-una virusun tikanvari protein də məruz qalıb.

Virusun üzərində yerləşən həmin proteinlər sayəsində virus insan hüceyrələrinə daxil ola bilir.

Alimlərin fikrincə, bu, yeni variantın ən narahatedici xüsusiyyətidir, çünki əksər peyvəndlər həmin tikanvari proteinlərin zərərsizləşdirməsini hədəfləyir.

Omicron necə təhlükəli ola bilər?

Ekspertlərə görə, Omicron Çinin Wuhan şəhərində ortaya çıxan və pandemiyaya səbəb olan variantdan köklü şəkildə fərqlənir.

Bu o deməkdir ki, hazırda yaradılmış vaksinlər Omicron-a qarşı kifayət qədər təsirli olmaya bilər.

Məsələn, bəzi mutasiyalar bu virusu insan orqanizmindəki anticisimlər tərəfindən tanınmasını xeyli dərəcədə çətinləşdirir.

Və N501Y kimi tanınan mutasiya virusu daha yoluxucu edir və bu kimi mutasiyalar infeksiyanın geniş yayılmasına gətirib çıxarır.

Bundan əlavə, yeni variant, güman olunduğuna görə, virusu asanlıqla tanıya bilən insan immun sisteminin bəzi mexanizmlərindən yan keçə bilir.

Əhalinin peyvəndləmə faizi yüksək olan ölkələrdə Omicron-um özünü necə aparacağı hələlik bəlli deyil.

Koronavirusun yeni variantının səbəb olduğu xəstəliyin Delta variantı ilə müqayisədə nə qədər yüngül və ya agir keçdiyi də hələlik aydın deyil.

Laboratoriya testləri davam edərkən, ÜST ölkələri epidemioloji təhlükəsizlik tədbirlərini gücləndirməyə və Omicron-un yayılması ilə bağlı statistikanı müntəzəm təqdim etməyə çağırıb.

Omicron: Dünya ölkələri koronavirusun yeni variantının yayılmasının qarşısını almağa çalışır

CAR-da koronavirusa qarşı əhalinin yalnız 24 faizi indiyə qədər tam peyvənd olunub

Ümumdünya Səhiyyə Təşkilat (ÜST) Cənubi Afrika Respublikasında qeydə alınmış yeni koronavirus variantını rəsmən elan etdikdən və ona Omicron adını verdikdən sonra bir çox dövlətlər Afrika ölkələrindən səfərlərə məhdudiyyət qoymağa başlayıb.

Ekspertlər hesab edirlər ki, virusun son mutasiyası ilkin variantla müqayisədə çoxsaylı dəyişikliklərə məruz qalıb, buna görə də peyvəndlərə qarşı daha dayanaqlı ola bilər. Əczaçılıq şirkətləri artıq Omicron-u öyrəndiklərini və onunla mübarizə yollarını tapmağa çalışdıqlarını bildirdilər.

Cümə günü Cenevrədə ÜST-ün fövqəladə toplantısında koronavirusun CAR-da əmələ gəlmiş mutasiyası yunan əlifbasının Omicron hərfi ilə (O) işarələnərək bu ştamma Omicron adı verilib.

ÜST qeyd edib ki, Covid-19-un yeni variantına yoluxma hallarının sayı demək olar ki, CAR-ın bütün regionlarında artır.

Üst qeyd edib ki, yeni variantın təhlükə dərəcəsi barədə daha dolğun məlumat almaq üçün bir neçə həftə vaxt lazım ola bilər.

Britaniyalı ekspertlər hesab edirlər ki, hazırda mövcud olan peyvəndlər Omicron-un qarşını tam şəkildə ala bilməyəcək.

CAR ilə yanaşı, Omicron artıq Belçika, İsrail, Botsvana və Honq Konqda qeydə alınıb.

Hazırda Omicrona yoluxanların ümumi sayı barədə dəqiq məlumat yoxdur, lakin indiyə qədər çıxan məlumatlara əsaslanaraq alimlər yoluxanların sayının təxminən 100 nəfərə qədər ola bildiyini və onların əksəriyyətinin CAR-da olduğunu güman edirlər. (Bakupost.az)

Səyahət məhdudiyyətləri

Rəsmi London Britaniya və ya İrlandiya vətəndaşlığı olmayan və Britaniya sakini olmayan CAR, Namibiya, Zimbabve, Botsvana, Lesoto və Esvatinidən olan səyahətçilərə ölkəyə girişi məhdudlaşdırıb.

ABŞ rəsmiləri CAR, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik Və Malavidən uçuşların dayandırılacağını bildirib, daha əvvəl oxşar qərar Aİ tərəfindən verilib.

Məhdudiyyətlər bazar ertəsindən qüvvəyə minir.

Omicron-a görə giriş qaydalarını digər ölkələr də sərtləşdirir.

Rusiya noyabrın 28-dən CAR, Botsvana, Lesoto, Namibiya, Zimbabve, Mozambik, Esvatini və Tanzaniya, həmçinin Madaqaskar və Honq Konq vətəndaşları üçün ölkəyə girişi məhdudlaşdırır.

Avstraliya şənbə günü CAR, Namibiya, Zimbabve, Botsvana, Lesoto, Esvatini, Seyşel adaları, Malavi və Mozambikdən iki həftəlik aviareyslərin ləğvini elan edib.

Yaponiya hökümiəti bildirib ki, Afrikanın cənubunda yerləşən ölkələrdən gələnlər 10 gün karantində keçirməli və bu müddət ərzində dörd test verməlidirlər.

Hindistan CAR, Botsvana və Honq Konqdan gələnlərə daha sərt nəzarət və testdən keçmə qaydalarının tətbiq olunacağını elan edib.

İran CAR daxil olmaqla, Afrikanın cənubunda yerləşən 6 ölkəninvətəndaşları üçün ölkəyə girişi bağlayıb.

Braziliya Afrikanın 6 ölkəsindən gələnlər üçün ölkəyə girişi məhdudlaşdırır.

Kanada, son 14 gün ərzində Cənubi Afrika, Namibiya, Zimbabve, Botsvana, Lesoto, Esvatini və Mozambikdə olan bütün əcnəbilərə ölkəyə girişi qadağan edir.

Tailand Afrikanın səkkiz ölkəsinin vətəndaşları üçün ölkəyə girişi yasaqlayıb.

CAR rəsmiləri vətəndaşlarına qarşı xaricdə tətbiq edilən məhdudlaşdırıcı tədbirləri əsassız adlandırıb.

Cənubi Afrikada, koronavirusa qarşı əhalinin yalnız 24 faizi peyvənd olunub və britaniyalı ekspertlər hesab edirlər ki, bu səbəbdən virusun yeni variantı CAR-da sürətlə yayıla bilər.

"Yeni ştammın yüngül simptomları var" - "Omicron"u aşkarlayan həkim