Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqard qüvvəsidir - Fotolar

Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqard qüvvəsidir - Fotolar

Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqard qüvvəsidir - Fotolar

YAP Xətai rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.

Oktyabrın 19-da YAP Xətai rayon təşkilatı Araz Novruzov 28, Xocalı 35, Yusif Səfərov 29 ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi ilk partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri dəyərləndirilib. 

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqlardakı çıxışında Azərbaycanın bugünkü reallıqlarından geniş bəhs edərək bildirib ki, düzgün müəyyənləşdirilən siyasət daim ölkəni inkişafa, tərəqqiyə aparır: «Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev Azərbaycanın dünyaya günəş kimi doğacağını böyük əminliklə bildirərək, bugünümüz üçün möhkəm təməl yaratmışdır. Son 18 ildə bu siyasətə sadiqlik Azərbaycanın daha da qüdrətlənməsini, dünya birliyində əsl söz sahibinə çevrilməsini şərtləndirdi. Hazırda ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsindən danışmaq qeyri-mümkündür. 18 ilin uğurlarının zirvəsində dayanan Vətən müharibəsində Zəfərimiz ölkəmizin qarşısında yeni imkanlar açır. Bu gün işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanını xatırladır. Xalqımız bu əminliyi ifadə edir ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağı altında qalan torpaqlarımızı 44 gündə necə azad etdiksə, bərpa və quruculuq işlərini də qısa zamanda həyata keçirəcək və soydaşlarımızın Böyük Qayıdışını təmin edəcəyik. Cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının hər bir üzvü ölkəmizin həyatında başlanan yeni mərhələnin reallıqlarının həyata keçirilməsinə öz töhfələrini verməyə çalışır.» 

Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb. Bəhlul İsmayılov Araz Novruzov 28 ərazi ilk partiya təşkilatının sədri, Eynulla Namazov sədr müavini, Raya Behbudova Xocalı 35 ərazi ilk partiya təşkilatının sədri, Gülnarə Sofiyeva sədr müavini, Vüsalə Babayeva Yusif Səfərov 29 ərazi ilk partiya təşkilatının sədri, Natəvan Bayramova sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb. 

Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqard qüvvəsidir - Fotolar