"Yekəbaş adamlara yuxarı başda yer verirlər, amma..." - Xuraman Şuşalı

"Yekəbaş adamlara yuxarı başda yer verirlər, amma..."

"Yekəbaş adamlara yuxarı başda yer verirlər, amma..." - Xuraman Şuşalı

“Evlərinin, maşınlarının göstərilməsi müğənnilərin istəyi deyil, aparıcılarındır”.

Bunu Polemika.az-a müğənni Xuraman Şuşalı deyib.

Sənətçi tez-tez mal-mülkünü nümayiş etdirdiyi üçün müğənnilərin dilə-dişə düşməsindən danışıb:

“Bununla proqramlar özlərinə reytinq yığır, verilişlər baxımlı olur. Onların məntiqi ilə insanlara maraqlıdır sənətçilərin ev-eşiyi necədir. Bir qism “Bizə maraqlı deyil” desə də, əksəriyyət sinov gedir. 

Deyirlər ki, insanı geyimi ilə qarşılayıb, ağlı ilə yola salırlar. Molla Nəsrəddində də buna oxşar misal var – “Ye, kürküm, ye”. Bu doğrudan da belədir, insanı geyimi ilə, maşını ilə, telefonu ilə qiymətləndirirlər. Toy danışan müştəri də bunlara fikir verir, bahalı geyinəndə qiymət söhbəti az olur, amma ucuz geyinəndə qiyməti aşağı salmaq istəyirlər. 

Əfsus ki, bu reallıqdır. Bizim millətin psixologiyasıdır. Bəzən zahirdə sadə görünən insanı tapdalamaq istəyirlər. Həmişə deyingən, sözbaz adamı aparıb məclisin ən yaxşı yerində oturdur, ən yaxşı xorəyi verirlər ki, orda-burda artıq-əksik danışmasın. Sakit, başıaşağı adamı isə künc-bucaqda oturdurlar. Fikirləşirlər ki, əşşi, yola verək, vəssalam. 

Bizim millət yekəbaş, qırmızısifət, davakarla başqa cür rəftar edir. Ona görə müğənnilər çox vaxt çalışır ki, olanlarını tamaşaya qoysunlar. Gözdəymədən, yad nəfsdən qorxanlar isə əksinə, çöplərini də gizlədir. 

Eləsi var ki, borcun-xərcin içində batır, amma kreditə girir, maşın alır ki, desinlər: “Filanəsin “Gelandewagen”i var”.

X.Şuşalı tez-tez sosial şəbəkələrdə müğənnilərə aqressiv şərhlər yazılmasından da münasibət bildirib:

“Müğənnilərə qarşı aqressiya ondan qaynaqlanır ki, ən çox gündəmdə olan bizlərik. Bu tip şərhlərə sərt reaksiya vermirik deyə, hər zaman aqressiv rəylər yazırlar. Bunu polisə qarşı etsəydilər, cavabı çoxdan alardılar. 

Xatırlayırsınızsa, polisə pəncərədən zibil atmışdılar, cavabı necə oldu? Həmin adam evindən çıxarıldı və cəzalandırıldı. Müğənniyə isə hər yerindən duran daş atır, gücləri müğənniyə çatır. Halbuki sənətçinin qəlbi kövrəkdir, fikirləşir: “Eybi yox, keçib gedər...”

Əsmətxanım

"Yekəbaş adamlara yuxarı başda yer verirlər, amma..." - Xuraman Şuşalı