Mədəniyyət
02 Mart 2021 13:35
Yazıçılar Birliyinin qurultayının vaxtı açıqlandı
“Azərbaycan Yazıçılar Birliyinin qurultayı pandemiya bitən kimi keçiriləcək.”
Yenisabah.az xəbər verir ki, bunu Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar deyib.
O bildirib ki, pandemiya ilə əlaqədar 10 nəfərdən artıq yığışmağa icazə verilmir: “Yazıçılar Birliyi isə 10 nəfərlə qurultay keçirə bilməz”. (APA)
Qeyd edək ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 7 il əvvəl - 2014-cü keçirilib. Ötən il aprel ayında çağırılması planlaşdırılan XIII qurultay pandemiya ilə əlaqədar oktyabr ayına keçirilmişdi.