Xəzər və Kürdə suyun səviyyəsi niyə düşüb? - Nazir açıqladı

Xəzər və Kürdə suyun səviyyəsi niyə düşüb?

Xəzər və Kürdə suyun səviyyəsi niyə düşüb? - Nazir açıqladı

"Kür çayında suyun səviyyəsinin azalması iqlim dəyişiklikləri ilə bağlıdır".

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə bildirib. 

“Təəssüf ki, yağıntının çox az olması da öz təsirini göstərib. Qar da az olub. Əsas məqsədimiz, xüsusilə də yay aylarında istehlakçıları təmin etmək üçün su resurslarının saxlanması üsullarını və yerlərini tapmaqdır. Bunun biomüxtəlifliyə mənfi təsir göstərən amil olduğunu da nəzərə almaq lazımdır. Bu problemin həll yolunun tapılması üçün beynəlxalq təşkilatlarla işləyirik.

Bu proseslər təkcə Azərbaycanda deyil, bütün dünyada baş verir. Bir çox ölkələrdə çay və dənizlərdə suyun səviyyəsinin düşməsini müşahidə etmək olar. Xəzər dənizi də buna misaldır”, - M.Babayev deyib.

Onun sözlərinə görə, Xəzərdə suyun səviyyəsinin düşməsinin əsas səbəblərindən biri iqlim dəyişiklikləri, həmçinin su resurslarına tələbin artması, bu resurslardan çox istifadə edilməsidir:

“Məqsədimiz sudan istifadəni daha səmərəli və effektiv etməkdir. Elə etmək lazımdır ki, istehlakçılar bu məsələyə ciddi və məsuliyyətlə yanaşsınlar”.

Xəzər və Kürdə suyun səviyyəsi niyə düşüb? - Nazir açıqladı